AZ

Sabah 37 dərəcə isti olacaq

Bakı. Trend:

İyunun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitininyağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərbküləyi ilə əvəzlənəcək.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Bildirilib ki, havanın temperaturu gecə +20 dərəcədən +22dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək olacaq. Atmosfertəzyiqi 759 millimetr civə sütunundan 756 millimetr civə sütununaenəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkiledəcək

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuzkeçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabiryağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdəleysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayimşərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +18 dərəcədən +22 dərəcəyədək, gündüz+32 dərəcədən +37 dərəcəyədək, dağlarda gecə +9 dərəcədən +14dərəcəyədək, gündüz +17 dərəcədən +22 dərəcəyədək olacaq.

Seçilən
36
49
az.trend.az

10Mənbələr