AZ

Neymar karyerasını "Fənərbağça"da davam etdirə bilər

BAKI, 13 iyun. TELEQRAF

Braziliyanın “Santos” klubun futbolçusu Neymar karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Teleqraf “Fanatik” internet portalına istinadən xəbər verir ki, 33 yaşlı cinah yarımmüdafiəçisinin xidmətində “Fənərbağça” klubu maraqlıdır.

Mənbənin məlumatına görə, Türkiyə klubu Neymarla bir illik müqavilə imzalamağı təklif edib. Müqavilədə əlavə bir mövsüm uzadılma şərti də nəzərdə tutulub. Neymarın “Santos”la müqaviləsində Avropa klublarından birinə ödənişsiz keçməsinin mümkünlüyünə imkan verən maddə mövcuddur.

Qeyd edək ki, 2024/2025 mövsümündə Neymar bütün turnirlərdə 14 oyunda iştirak edib, 3 qol vurub və 3 qol ötürməsi verib. Daha əvvəl mediada “Santos”un vingerlə müqaviləni uzatmaq istədiyi barədə məlumat yayılmışdı.

Seçilən
31
1
teleqraf.com

2Mənbələr