Türkiyə ilə münasibətlərin nizamlanması Ermənistanın xarici gündəliyində duran əsas məsələdir.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
"Biz münasibətlərin nizamlanması, sərhədin açılması üzərində işləməyə davam edirik. Bu, nail olmaq istədiyimizin ideal variantı deyil, lakin irəliləyiş müşahidə edirik", - o qeyd edib.