AZ

ABŞ Suriya lideri ilə bağlı təhlükəsizlik xəbərdarlığı yayımlayıb

BAKI, TurkicWorld

İsrailin hücumları çox pis nəticələrə səbəb ola bilər.

TurkicWorld xəbər verir ki, İsrailin İrana qarşı son hava hücumları fonunda ABŞ Suriya prezidenti Əhməd əl-Şaraa ilə bağlı diqqətçəkən təhlükəsizlik xəbərdarlığı yayımlayıb.

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib ki, İsrail-İran gərginliyi regionda yeni qarşıdurmalara yol aça bilər.

Tom Barak "Al-Monitor" portalına verdiyi açıqlamada bildirib ki, Əhməd əl-Şaraanın Qərblə yaxınlaşma cəhdləri və inklüziv idarəçilik təşəbbüsləri onu radikal qrupların hədəfinə çevirə bilər. O, bu vəziyyətin “çox pis nəticələrə” səbəb ola biləcəyini və bölgədə yeni bir hərbi münaqişənin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, İsrail gecə saatlarında İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum nəticəsində İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri, SEPAH komandanı Hüseyn Səlami və daha üç nəfər həlak olub, 50-dən çox insan yaralanıb. İsrail ordusunun verdiyi məlumata görə, əməliyyatda 200-ə yaxın döyüş təyyarəsi və 100-dən çox pilotsuz uçuş aparatı iştirak edib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə hücuma mütləq cavab veriləcəyini bildirib.

Seçilən
0
turkic.world

1Mənbələr