AZ

“Radio Svoboda”ya PEYK ZƏRBƏSİ – ABŞ maliyyəni kəsdi, efir dayandı

“Radio

ABŞ-ın beynəlxalq media layihələrini maliyyələşdirən Qlobal Media Agentliyi (USAGM), rusdilli “Radio Svoboda” proqramlarını yayımlayan peyk xidmətinin müqaviləsini yeniləməyib. Nəticədə Eutelsat Hotbird 13G peykində fasiləsiz yayımlanan “Svoboda” proqramları tamamilə dayandırılıb. Bu barədə 12 iyun tarixində mediakorporasiya rəsmi məlumat yayıb.Bununla belə, “Radio Svoboda”nın proqram və xəbər buraxılışları hələ də 24/7 rejimində Svoboda.org saytında və YouTube kanalında mövcuddur.Eyni zamanda, Vaşinqtondakı Federal Dairə Məhkəməsində “Azadlıq Radiosu” (RFE/RL) ilə USAGM arasında maliyyələşdirməyə dair məhkəmə prosesi davam edir. Korporasiya, ABŞ Konqresi tərəfindən 2025-ci maliyyə ili üçün ayrılmış 62 milyon dolların onlara ödənilməsini tələb edir.Qeyd edək ki, 2024-cü ildə RFE/RL-in ümumi büdcəsi 142 milyon dollar olub. Lakin 15 mart 2025-ci ildə USAGM əvvəlcə maliyyəni dayandırıb, daha sonra ayın sonunda bu qərarı geri götürüb. Buna baxmayaraq, təşkilatın vəkillərinin sözlərinə görə, 122 əməkdaş işdən çıxarılıb, əksər müəllif müqavilələri ləğv olunub.Təşkilat maliyyə təzyiqlərinə baxmayaraq fəaliyyətini davam etdirir və hökumətdən müstəqil olduğunu vurğulayır. 30 aprel 2025-ci ildə ABŞ federal hakimi Roys Lambertin qərarı ilə Donald Tramp administrasiyası RFE/RL-ə 12 milyon dollar maliyyə vəsaiti ayırmağa məcbur edilib. Oktyabr 2025-ə qədər daha 77 milyon dollar vəsaitin ödənilməsi gözlənilir.Ulusum.az

Diqqət Çəkənlər

Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO

Dronlar savaşın yeni üzü — Trampdan Rus-Ukrayna münaqişəsi barədə şok açıqlama

Air India təyyarə qəzasında bir nəfər sağ qaldı – sərnişin Britaniya vətəndaşıdır - VİDEO

Seçilən
17
ulusum.az

1Mənbələr