AZ

Maliyyə naziri sahibkarlara verilən kreditlərin artırıldığını açıqladı

BAKI, 13 iyun. TELEQRAF

Maliyyə naziri Sahil Babayev Milli Məclis üzvlərinin plenar iclas zamanı sahibkarlığın tətbiqində verilən güzəştli kreditlərin artırılmasının, onun bölgələr üzrə bərabər paylanmasının zəruriliyi ilə bağlı səsləndirdikləri fikirlərə münasibət bildirib.

Teleqraf xəbər verir ki, nazir Azərbaycan Biznesinin İnkişafı Fondunun kredit portfelinin 31 dekabr 2024-cü il tarixinə 887,5 milyon manat olduğunu vurğulayıb:

"Eyni zamanda, ötən il sahibkarlara dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması və sahibkarların müvəkkil banklardan aldıqları kreditlərə zəmanətin verilməsi və faizlərin bir hissəsinin subsidiyalaşdırılması üçün 14 milyon manat vəsait istifadə edilib.

Cari ildə isə dövlət zəmanəti verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün 61 milyon manat, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin verilməsi və həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin subsidiyalaşdırılması üçün 15 milyon manat vəsait nəzərdə tutulub".

Seçilən
19
teleqraf.com

1Mənbələr