Ankara İsrailin İrana hücumunu qətiyyətlə pisləyir və Yaxın Şərqdə qan tökülməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır.
Editor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Türkiyə İsrailin zərbələrini beynəlxalq hüququn pozulması və İsrailin regionda sabitliyi pozan strateji siyasətinə xidmət edən təxribat adlandırıb. Nazirlik bildirib ki, nüvə problemi ilə bağlı ABŞ-İran danışıqları intensivləşməmişdən əvvəl vurulan zərbələr Netanyahu hökumətinin məsələni diplomatiya yolu ilə həll etmək istəmədiyini göstərir.
Ankara bildirib ki, Təl-Əviv Tehrana qarşı yeni münaqişələrə səbəb ola biləcək hərəkətlərini dərhal dayandırmalıdır və beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb.
Onu da əlavə edək ki, Türkiyə ilə yanaşı, Səudiyyə Ərəbistanı və Çin də İsrailin hava hücumlarını pisləyib.
//Samir Qurbanov, Editor.az