AZ

Bin Fərhan Araqçi ilə DANIŞDI

Səudiyyə Ərəbistanının xarici işlər naziri iranlı həmkarı ilə telefon danışığı aparıb.

İnterpress.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Tg kanalı məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri bin Fərhan iranlı həmkarı Araqçi ilə telefon danışığı aparıb.

O, İslam Respublikasına başsağlığı verib və İsrailin hücumlarını kəskin şəkildə pisləyib və onları “aqressiv və qəbuledilməz” adlandırıb.

Araqçi deyib ki, zərbələr ABŞ ilə razılaşdırılıb və onların nəticələrinə görə məsuliyyət daşıyır.

İranın xarici işlər naziri BMT Nizamnaməsinə uyğun olaraq ölkəsinin özünümüdafiə haqqını vurğulayəb və İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqliyini xatırladaraq MAQATE-ni bu hərəkətləri pisləməyə çağırıb.

Bin Fərhan həmçinin Misir və İordaniyadan olan həmkarları ilə “İsrailin İrana təcavüzünü” müzakirə edib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
3
interpress.az

1Mənbələr