Bakı. Trend:
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameni ordu generalıMəhəmməd Pakpuru İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) başkomandanı təyin edib.
Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.
“SEPAH komandanı Hüseyn Salaminin İsrailin İrana hava zərbələrinəticəsində öldüyünü nəzərə alaraq ordu generalı rütbəsininverilməsi ilə baş komandan vəzifəsinə təyin olunursuz”, - deyətəyinatda bildirilir.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.