AZ

"Rosaviasiya" yerli aviaşirkətlərə iyunun 26-na qədər İsrail, İordaniya, İraq və İranın hava məkanından uçmamaqla bağlı xəbərdarlıq edib

Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi "Rosaviasiya" Rusiya aviaşirkətləri üçün təlimat hazırlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, təlimatda yerli aviaşirkətlərə İsrail və İran hava hava limanlarına və limanlarından uçmamaq, İsrail, İordaniya, İraq və İranın hava məkanından uçmamaqla bağlı xəbərdarlıq edilib.

Xəbərdarlığın növbəti bildirişə qədər, şərti olaraq 26 iyun saat 02.59-a qədər etibarlı olduğu bildirilib.

Seçilən
0
3
apa.az

4Mənbələr