AZ

Livan "Hizbullah"ı İsrail və İran arasındakı münaqişədə iştirak etməkdən çəkindirib

Livan hökuməti "Hizbullah" hərəkatını ölkəni İsrail və İran arasındakı hərbi münaqişəyə cəlb edəcəyi təqdirdə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edib.

Bu barədə “Report” Səudiyyə Ərəbistanının “Al Arabiya” nəşrinə istinadən məlumat verir.

Nəşrin mənbəyi bildirib ki, Livan hökuməti Tehranın İsrailin son hücumuna mümkün cavabında "Hizbullah"ın iştirakına dözməyəcəyini aydın şəkildə bildirib.

"Təşkilatın dövləti nəzərə almadan müharibəyə başlamağa qərar verdiyi dövr artıq geridə qalıb", - nəşr qeyd edib.

Seçilən
9
report.az

1Mənbələr