Xalq Bank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına sərfəli ipoteka kreditləri təqdim edir.
Finss.az xəbər verir ki, müştərilər adi ipoteka krediti üzrə 25 ilədək müddətdə 150 000 AZN-dək, illik 8% faizlə kredit əldə edə bilərlər. Güzəştli ipoteka kreditində isə 30 illik müddət və 4% illik faiz dərəcəsi ilə maksimum 100 000 AZN kredit verilir.
Hər iki kredit növündə ilkin ödəniş alınan əmlakın dəyərinin minimum 20%-i təşkil edir.
Kredit müraciətləri yalnız Elektron Hökumət Portalı (e-gov.az) vasitəsilə qəbul edilir və bu prosesdə Elektron İmza Tokeni və ya ASAN imza tələb olunur.
Ətraflı məlumat üçün: //www.xalqbank.az/az/ferdi/kreditler/arikzf
Fuad Mədətov
Finss.az