AZ

İtaliya Futbol Federasiyası Rafael Benitesin namizədliyini nəzərdən keçirir

Luçano Spalettinin İtaliya millisinin baş məşqçisi postundan istefa verməsi və Klaudio Ranyerinin vakant vəzifəni tutmaqdan imtina etməsindən sonra İtaliya Futbol Federasiyası ispaniyalı mütəxəssis Rafael Benitesin namizədliyini nəzərdən keçirir.

"Report"un İtaliya mətbuatına istinadən məlumatına görə, Benites özü də komandaya rəhbərlik etməyə hazırdır.

İtaliya Futbol Federasiyası üçün təcrübəli mütəxəssisin namizədliyi bir neçə səbəbə görə cəlbedicidir. O, vaxtilə İtaliyada işləyib, yerli futbolun xüsusiyyətlərinə yaxından bələddir. Benites "İnter"lə İtaliya Superkubokunu və klublararası dünya çempionatını, "Napoli" ilə isə İtaliya kubokunu və Superkubokunu qazanıb.

Seçilən
24
report.az

1Mənbələr