AZ

Qəza zamanı svetoforlara zərər dəydi

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciət edib.

NİİM-dən "Unikal"a verilən məlumata görə, müraciətdə deyilir:

"Kameraların qeydə aldığı bu qəzalardan biri Nəsimi rayonu, Azadlıq və Vaqif prospektlərinin, digəri isə Nərimanov rayonu, Təbriz və Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişmələrində baş verib. Hər iki qəza zamanı svetoforlara zərər dəyib, yolun kənarında dayanan piyada isə xəsarət alıb.

Bu cür qəzalar bəzi sürücülərin yüksək sürətlə avtomobili idarə etməsi, svetoforun qadağanedici işarəsinə məhəl qoymaması, nizamlanan və nizamlanmayan yol ayrıcı, manevr etmə və digər qaydalara əməl etməməsi səbəbindən baş verir. Qəzalar zamanı yol infrastrukturuna ziyan dəyir, svetoforlar yararsız vəziyyətə düşür.

Sürücülərin diqqətinə çatdırırıq ki, belə qəzalar daha çox mərkəzi küçə və prospektlərdə, piyadaların intensiv olduğu yollarda qeydə alınır. Buna görə də onlar özlərinin və digərlərinin həyatını təhlükəyə atmamaq üçün qaydalara əməl etməli və yolayrıcılarına daxil olarkən diqqətli olmalıdırlar".


 

Seçilən
22
3
unikal.az

4Mənbələr