AZ

Almaniya İsrailə dəstəyini yenilədi

Almaniya

Berlin Baş Nazirlik ofisindən verilən açıqlamaya görə, Almaniya kansleri Fridrix Merz cümə günü səhər saatlarında İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı keçirib və daha sonra Almaniyanın təhlükəsizlik kabinetini toplayıb.

Xalqcəbhəsi.az-ın “TRT Haber”ə istinadən məlumatına görə, Merz İsrailin İrana geniş hava hücumlarından sonra İsrailin öz varlığını və vətəndaşlarının təhlükəsizliyini müdafiə etmək hüququnu dəstəklədiyini bir daha bəyan edib və Almaniyadakı yəhudi qurumlarının müdafiəsinin artırılacağını açıqlayıb. O, hər iki tərəfi daha ​​da gərginləşmədən və bütün regionda sabitliyi pozacaq addımlardan çəkinməyə çağırıb.

Seçilən
26
1
xalqcebhesi.az

2Mənbələr