Bakı. Trend:
Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənintəsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında”Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəqanunu təsdiqləyib.
Trend xəbərverir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə ediləndəyişikliyə əsasən, ordu generalı, habelə müvafiq icra hakimiyyətiorqanının və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavəhərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlətorqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla)müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilənrəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir.
Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddinikeçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqihərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna ediləndəyişikliyə əsasən, ordu generalı, habelə müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) və AzərbaycanRespublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdətutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturunadaxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyinedilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir.
Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddinikeçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqihərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
Sənəd həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyənedilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdətutur.
Bununla ordu generalı ilə yanaşı, Azərbaycan Prezidentitərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarınınrəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.
Dövlət başçısı sözügedən sənədlə bağlı fərman da imzalayıb.