Rusiya Cənubi Qafqazı tərk etmir və Ermənistanla münasibətlərə diqqətini zəiflətmir.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib.
O deyib ki, Rusiya nəinki Cənubi Qafqazı tərk etmir, həm də regiondakı vəziyyətə və Ermənistan ilə münasibətlərə diqqətini zəiflətmir.
“Bu yaxınlarda baş tutan yüksək səviyyəli səfərlər çox mühüm siqnaldır ki, Rusiya nəinki Cənubi Qafqazı tərk etmir, həm də bizim üçün qardaş və müttəfiq ölkə kimi nə regiondakı vəziyyətə, nə də Ermənistan Respublikası ilə münasibətlərə diqqətini zəiflətmir”, – Kopırkin qeyd edib.
Səfir faktların – coğrafiya, tarix, humanitar amillər, təhlükəsizlik məsələləri, bütün bunlar Rusiyanı bütün bu regional birləşmənin ayrılmaz hissəsinə çevirməyə çağırıb.
Xuraman Etibarlı
İnterpress.az