AZ

13-cü mərtəbədəki balkondan qonşu evinə girib 20 minlik qızıl oğurladı

9-12 iyun tarixlərində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Saray MTK” yaşayış kompleksindəki mənzillərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə 13-cü mərtəbədə yerləşən mənzildə qeydə alınıb.

Polis tərəfindən keçirilən tədbirlərlə oğurluğun qonşu tərəfindən törədildiyi müəyyən olunub və o saxlanılıb.

Məlum olub ki, 32 yaşlı Teymur Əliyev həmin mənzilə balkon vasitəsilə daxil olaraq oğurluq edib və hadisə yerindən izi itirməyə çalışıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
27
7
qafqazinfo.az

8Mənbələr