AZ

Bölgədə sabitlik üçün diplomatik səylər artırılmalıdır - Mark Rutte

BAKI, TurkicWorld

İsrailin hücumları birtərəfli addımdır.

TurkicWorld xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte İsrailin İrana qarşı həyata keçirdiyi hücumları “birtərəfli hərəkət” adlandırıb və bölgədə gərginliyin azaldılması üçün ABŞ başda olmaqla bütün müttəfiqləri təmkinə çağırıb.

İsveçin baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında çıxış edən Rutte vəziyyətin “sürətlə dəyişdiyini” qeyd edib. “Bu, İsrailin birtərəfli addımı idi. ABŞ da daxil olmaqla, bir çox müttəfiq gərginliyin azaldılması üçün çalışır və bu, həyati əhəmiyyət daşıyır” - deyə qeyd edib.

Qeyd edək ki, İsrail bu gün səhər saatlarında İranın Tehran, Təbriz, İsfahan (Natanz nüvə obyektləri), Luristan və Kirmanşah şəhərlərinə hücumlar təşkil edib. Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, SEPAH-ın baş komandanı Hüseyn Səlami və altı nüvə alimi də daxil olmaqla yüksək rütbəli şəxslər həlak olub. Mülki yaşayış məntəqələrinə də zərbələr endirildiyi və çox sayda dinc sakinin həyatını itirdiyi bildirilib.

Seçilən
1
turkic.world

1Mənbələr