NATO-nun baş katibi Mark Rütte İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücuma münasibət bildirib.
Musavat.com xəbər verir ki, Rüttenin sözlərinə görə, bu hücum dünyanı nüvə müharibəsinə sürükləmir və digər tərəflərin iştirakı olmadan həyata keçirilmiş birtərəfli hərbi əməliyyatdır.
“NATO bu insidenti genişmiqyaslı təhlükə kimi görmür. Biz hesab etmirik ki, dünya nüvə müharibəsinə yaxınlaşıb,” – deyə Rütte bəyan edib.
O əlavə edib ki, NATO üzvü ölkələr vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün de-eskalasiya yönümlü diplomatik səylər üzərində işləyəcək:
“İsrailin zərbələrindən sonra gərginliyin azaldılması üçün müttəfiq ölkələr birgə işləyəcək.”
Musavat.com