AZ

İranın Ali rəhbəri xalqa müraciət edib

Bakı. Trend:

İran Silahlı Qüvvələri İsrailin hücumunu cavabsızqoymayacaq.

Trend xəbərverir ki, İranın Ali rəhbəri Seyid Əli Xamenei bunu xalqamüraciətində deyib. O, eyni zamanda, Silahlı Qüvvələrin yüksəkhazırlıq vəziyyətinə gətirilməsini tapşırıb.

İranın Böhran Vəziyyətlərində İdarəetmə Qərargahı isə öznövbəsində vətəndaşları sakit olmağa, ictimai asayişin qorunmasıməqsədilə narahatlığa səbəb olacaq hər hansı hərəkətdən çəkinməyə,yalnız rəsmi və etibarlı məlumatlara diqqət yetirməyə, rəsmixəbərləri və göstərişləri yalnız milli mediadan, etibarlıkommunikasiya kanallarından və rəsmi mediadan almağa çağırıb.

Qurum, həmçinin, kiberməkanda fəaliyyət göstərən fəallardanvəzifələrini yerinə yetirdikləri zaman ictimaiyyətin psixolojitəhlükəsizliyini əsas götürmələrini istəyib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çoxqırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib.Zərbələr nəticəsində İranın bir sıra yüksək rütbəli hərbçisi, rəsmişəxsləri və nüvə sahəsi üzrə alimləri, həmçinin dinc sakinlər həlakolub.

Seçilən
31
3
az.trend.az

4Mənbələr