Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanda özəl pensiya fondları haqqında yeni qanun layihəsi hazırlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.Bildirilir ki, qeyri-dövlət pensiya fondları ilə bağlı hüquqi bazanın tam formalaşdırılması üçün “Qeyri-dövlət pensiya fondları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Məlumata görə, layihə aidiyyəti qurumlarla razılaşdırmamərhələsindədir.
Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılıb. Hazırda dünyanın bir sıra ölkələrində, o cümlədən, Almaniya, Böyük Britaniya, İrlandiya və Türkiyədə belə fondlar fəaliyyət göstərir.
Özəl pensiya fondlarının fəaliyyəti ölkələrdən asılı olaraq, fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır.
Qeyd edək ki, bu gün ölkədə ən çox müzakirə olunan mövzulardan biri pensiya ilə bağlıdır. Belə ki, pensiya yaşı, pensiya kapitalı kimi məsələlərlə bağlı vətəndaşlar xarici ölkələrdə olduğu kimi alternativ pensiya fondunun da tətbiq olunmasını arzulayırlar.
Ölkədə özəl pensiya fondları yaradıldıqda, vətəndaşlar daha çox bu fonda müraciət edərsə, o zaman Dövlət Sosial Müdafiə Fondu necə gəlir əldə edəcək? Vətəndaş özəl fondlardan öz pensiya kapitalını bütövlükdə əldə edə biləcəkmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cümhuriyət”-ə bildirib ki, dünyada bununla bağlı müxtəlif təcrübələr var:
“Burada ən diqqət olunmalı məqam həmin özəl pensiya fondlarının sığortalanmasıdır. Yəni, bu pensiya fondları özəl olduğuna görə ilk növbədə güclü iki mərhələli sığortalanma həyata keçirməlidir. Burada həm dövlət həmin pensiya fondlarının sığortalanmasını üzərinə götürməlidir, həm də özəl sığorta fondları üzərindən bu proses həyata keçirilməlidir.
Burada məqsəd özəl pensiya fondlarında olan vətəndaşların vəsaitlərinin risk altına düşməməsi və risk səviyyəsinin aşağı olması ilə bağlıdır. Həm Avropada, həm də Amerikada ən diqqət olunan məqam odur ki, özəl pensiya fondlarının iflas edəcəyi təqdirdə hər hansı bir maliyyə çətinliyi ilə qarşılacağı təqdirdə vətəndaşlara heç bir ziyan dəyməsin.
Bu, çox ciddi məsələdir və kifayət qədər maliyyə tələb edən, eləcə də güclü qanunlar sisteminin formalaşmasını tələb edir. Həm dövlət, həm də özəl sığorta sistemi işə düşməlidir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda özəl pensiya fondları böyük ehtimalla Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına formalaşacaq:
“DSMF-nin vəsaitlərinin bir qisminin dövriyyə buraxılması və müəyyən gəlirlərin əldə edilməsi ilə bağlı proses başlamışdı. Yəni, DSMF-yə toplanan vəsaitlərin aktiv əmtəə statusuna keçirilməsi prosesinə başlanılıb.
Dünyanın bütün ölkələrində vəsaitləri toplayıb, DSMF-də passiv vəsait kimi saxlamaq doğru yanaşma deyil. Ona görə də dövriyyədə, hərəkətdə olan pul kütləsi daha çox gəlirlər gətirməklə DSMF-nin həm gəlirlərini artırır, həm də əlavə ödənişlər imkanı yaradır. Eyni zamanda, bu, iqtisadiyyatın inkişafına gətirib çıxara bilir. DSMF-nin vəsaitləri hesabına formalaşacaq özəl pensiya fondları təxminən eyni funksiyanı yerinə yetirəcək”.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Lakin burada fərqli məqamlar var:
“Bunun bir neçəsi dünya təcrübəsində var. Məsələn, pensiya kapitalının müəyyən bir hissəsini pensiya yaşına çatmamış və yaxud pensiya yaşına çatdıqdan sonra əldə edə bilərsiniz. Yaxud da vətəndaşlar pensiya kapitalını pensiya yaşına çatdıqdan 5 il müddətinə tamamilə aylara bölməklə əldə edə bilərlər.
Eləcə də özəl pensiya fondlarında toplanan kapitalınızın dövriyyə buraxılmasına razılıq versəniz, kapitalın əsas baza hissəsi yerində qalmaqla dövriyyədə olan pensiya kapitalından əldə edilən gəlirlərdən müəyyən faiz üzrə divident ödəniləcək.
Bu kimi mütərəqqi addımlar var və hesab etmək olmaz ki, özəl pensiya fondları DSMF-nin fəaliyyətinə hər hansı bir rəqib kimi opponentlik edəcək, yaxud mane olacaq. Əslində DSMF-nin və yaxud dövlət vəsaiti hesabına bu fondlar formalaşdırılır və dövlət sığorta sistemi ilə də sığortalanmaqla vətəndaşların etibarını qazanmaq mümkündür”.
Daha bir məsələ kimlərin özəl pensiya fondlarında öz vəsaitlərini yerləşdirə biləcəyidir. Bu seçim sərbəst olacaq, hansı dövlət xidmətində işləyənlər buraya müraciət edə bilərlər?
Ekspertin fikrincə, böyük ehtimalla özəl sektorda çalışanlar özəl pensiya fondlarında öz pensiya kapitallarını toplaya biləcəklər:
“Lakin dövlət sektorunda çalışanların böyük ehtimalla pensiya kapitalları elə DSMF-də qalacaq. Bu, özəl sektorun inkişafı kiçik, orta sahibkarlığın həvəsləndirilməsi və bu istiqamətdə təşviqinə görə edilir. Yəni, çalışacaqlar ki, özəl pensiya fondlarında daha əlverişli şərtlər yaratmaqla yeni iş yerlərinin açılmasının sayını artırıb və həm də bu fondları inkişaf etdirsinlər”.
Ekspert deyir ki, ümumiyyətlə, pensiya yaşı və kapitalın ümumi məbləği ölkə üçün tətbiq edilən qanundur:
“Bu qanun dəyişdirilə bilməz, çünki vahid qanun tətbiq olunur. Bu, həm özəl, həm də dövlət pensiya fondlarına aid edilir. Ancaq vətəndaşın istədiyi vaxt özəl pensiya fondundan pulu götürə biləcəyifikri də yanlışdır. Bu, əvvəlcədən razılaşdırılmış müqavilələrdir.
Məsələn, banklardakı əmanətlərlə bağlı müəyyən normativlər var. Əvvəlcədən razılaşdırılmış qaydada vəsait qoyub faizi ala bilərsiniz. Yaxud ilin sonunda və ya 5 ildən sonra ala bilərsiniz. İndiki halda bu da vətəndaşın özəl pensiya fondu ilə ilkin razılaşmasından asılı olacaq. Yəni, burada vətəndaş hər ay faizlərini də götürə, ya da heç götürməyə bilər.
Yaxud pensiya kapitalını 65 yaşı tamam olandan müəyyən müddət sonra tamamilə əldə edə bilər. Yəni, 65 yaş tamam olduqdan sonra pensiya kapitalını əldə edə bilərsiniz. Məsələn, İsveçdə bu pensiya siyasəti tətbiq olunur və vətəndaş toplanan pensiya kapitalının təxminən 70 faizini əldə edə bilir.
Qalan 30 faizini də həm aylara bölüb əldə edə, həm də onun dövriyyəsindən gələn faizlə dolana bilərlər. Yəni, 65 yaş tamam olmadan heç kim pensiya kapitalını əldə edə bilməz. DSMF-də isə bütövlükdə pensiya kapitalını götürmək mümkün deyil”.
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər:
Pensiya qanun layihə Razi Abbasbəyli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.