AZ

İsrailin hücumu insanlıq və diplomatiyaya qarşı barbarlıqdır - Cevdet Yılmaz

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müavini Cevdet Yılmaz İsrailin İrana qarşı həyata keçirdiyi hücumları kəskin tənqid edib.

TurkicWorld xəbər verir ki, o, bu addımı “insani dəyərləri və diplomatiyanı rədd edən barbar bir davranış” adlandırıb.

Yılmaz sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, İsrailin hücumu beynəlxalq hüquqa və regional sabitliyə açıq-aşkar ziddir.

"Netanyahu rəhbərliyinin hüquqsuz və təxribatçı hücumlarını ən sərt şəkildə qınayırıq"- deyə o bildirib.

Cevdet Yılmaz qeyd edib ki, Qəzzada həyata keçirilən soyqırımı siyasətlərinə qarşı beynəlxalq təzyiqlərin artdığı və İranla nüvə danışıqlarının davam etdiyi bir vaxtda baş verən bu hücum, diplomatiyanın və insani dəyərlərin açıq şəkildə pozulmasıdır.

Türkiyə rəsmisi əlavə edib ki, İsrailin bu cür hücumları yalnız region üçün deyil, qlobal sabitlik və hüquqi sistem üçün də təhdid təşkil edir.

Seçilən
1
turkic.world

1Mənbələr