Moderator.az-a daxil olan məlumata görə Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində yanğın baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə qəbirstanlıqda quru ot və kol-koslar yanıb. Böyük ehtimal ki, hadisəni kimsə ehtiyatsızlıqdan törədib.
Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəbirstanlıq ərazisindəki yanğın tamamilə söndürülüb.