İsrailin İrana zərbə endirməsi ərəfəsində “Qiyamət radiostansiyası” kimi tanınan"UVB-76" radiostansiyasının tezliyində yeni sirli mesaj qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə “UVB-76 logi” "Telegram" kanalı məlumat yayıb.
Qeyd edilib ki, cümə axşamı, iyunun 12-də, Bakı vaxtı ilə saat 16:14-də hərflər və rəqəmlər dəsti ilə bir proqram yayımlanıb: "NZhTI 22345 TKACHOSAP 8394 7873". Mesajın mənası naməlum olaraq qalır.
Qeyd edək ki, sonuncu dəfə "Qiyamət radiosu" İstanbul danışıqlarından sonra sirli mesaj kimi "ibobaz" sözünü yayımlamışdı. İkinci mesaj "arapoblitz" isə Bakı vaxtı ilə saat 18:32-də səslənib.