AZ

İrana hava hücumları nəticəsində yaralananların sayı AÇIQLANIB

İsrailin İrana hava hücumları nəticəsində İranın 12 vilayətində 95 nəfər yaralanıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Muctaba Xaledi yerli mediaya açıqlamasında bildirib. 

Qeyd edilib ki, Şərqi Azərbaycan vilayətində yardım zamanı bir xilasedici ölüb.

Muctaba Xaledinin sözlərinə görə hazırda xilasetmə və yardım əməliyyatları davam etdirilir.

Əməliyyatlarda Qırmızı Aypara Cəmiyyətinin 140 komandası və 670 könüllü iştirak edir.
 

Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.


Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.

Bizim.Media

Seçilən
30
bizim.media

1Mənbələr