AZ

DİN-dən "Son zəng"lə bağlı müraciət

İyunun 14-də ölkə üzrə ümumtəhsil məktəblərində “Son Zəng” günü qeyd olunacaq. Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ictimai davranış qaydalarına əməl olunması ilə bağlı məzunlara və onların valideynlərinə müraciət edilib.

AzEdu.az Nazirliyin məlumatına görə xəbər verir ki, polis əməkdaşları həmin gün gücləndirilmiş iş rejimində xidmət aparacaqlar. Məktəblərin ətrafında nəzarət artırılacaq, yol hərəkətinin təhlükəsizliyi təmin ediləcək və dayanma-durma qaydalarına əməl olunmasına xüsusi nəzarət olunacaq.

DİN valideynlərə müraciət edərək sürücülük hüququ olmayan yeniyetmələrin avtomobil idarə etməsinin yolverilməz olduğunu bir daha xatırladıb. Bu cür hallar yalnız qanun pozuntusu deyil, eyni zamanda ciddi təhlükə yaradır.

Müraciətdə məzunlardan və onların valideynlərindən bu sevincli günü təhlükəsiz və məsuliyyətli şəkildə qeyd etmələri, ictimai qaydalara əməl etmələri xahiş olunur.

 

Seçilən
31
azedu.az

1Mənbələr