AZ

Yeraltı qərargahda iclas zamanı öldürülüblər

İsrail hərbçiləri İran Hərbi Hava Qüvvələrinin rəhbərliyinin böyük hissəsini zərərsizləşdirib.

Bu barədə  İsrailin “Ynet” portalı yazıb. İran HHQ-nin rəhbərliyi yeraltı qərargahda iclas zamanı öldürülüblər.

Bildirilib ki, israilli hərbçilər ölkənin müdafiə naziri İsrail Katzı bu barədə məlumatlandırıblar.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrailin İrana zərbələri nəticəsində ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyin Salami, eləcə də digər yüksəksəviyyəli hərbi şəxslər həlak olub.

"Cebheinfo.az" 

Seçilən
49
cebheinfo.az

1Mənbələr