AZ

İsrail hələ də nüvədən əl çəkməyən İran rejiminin məhv edilməsi hədəflənən bir savaşa başlayıb

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrail İranda nüvə proqramı ilə bağlı "onlarla" obyekti vurub. İsrailin baş naziri Benyamin Netanyahu İranı “Aslanın oyanışı” adı verilən hücumun “çox günlər” çəkəcəyi ilə hədələyib. İsrail İrana hücum edərək, nüvə obyektləri, hərbi komandirlər və elm adamları da daxil olmaqla, onları hədəfə alaraq, Tehranın nüvə başlıqları yaratmağa başladığı üçün birtərəfli addım atdığını bildirib. “Biz İranın uranın zənginləşdirilməsi proqramının ürəyinə zərbə vurduq”, - Netanyahu çıxışında deyib. "Biz İranın nüvə silahı proqramının ürəyinə zərbə vurduq. İranın Natanzdakı əsas uranın zənginləşdirilməsi obyektini vurduq. İranın bombası üzərində işləyən İranın ən yaxşı nüvə alimlərini hədəf aldıq. Biz İranın ballistik raket proqramının mərkəzini də hədəf aldıq"-deyən Netanyahu əməliyyatın uzun və mürəkkəb ola biləcəyinə işarə edib. İran dövlət mediası bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Səlami ilə birlikdə Fereydun Abbasi və Məhəmməd Mehdi Tehraçi kimi tanıdıqları iki alim öldürülüb. Fereydoon Abbasi 2011-2013-cü illərdə İranın Atom Enerjisi Təşkilatının rəhbəri olub və 2010-cu ildə Mossad tərəfindən təşkil edildiyi bildirilən bir sıra hədəfli qətllərin bir hissəsi olan sui-qəsd cəhdindən sağ çıxıb. Məhəmməd Mehdi Tehraçi nəzəri fizik idi. İsrail Müdafiə Qüvvələri (IDF) bəyanat yayaraq əməliyyatı "İranın nüvə proqramını hədəf almaq üçün qabaqlayıcı, dəqiq, birləşmiş hücum" kimi xarakterizə edib.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail dövlətinin açıqlamalarında İran terror rejiminə qarşı hərbi əməliyyatına başladığı qeyd edilir və bu əməliyyatların həyata keçirilməsi yerli vaxtla saat üçdə başlanıb.

Sadiq İsabəyli

“Verilən məlumatlara görə, İranın Atom Enerji Agentliyinin keçmiş rəisi Firidun Abbasi, Mehdi Tehrançı, Azad Universitetinin rəisi və Sebahi-Pasdaranın fərmandehləri və yaxud komandirlərindən olan şəxslər, həmçinin İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağiri, Sebahi-Pasdaranın komandiri Hüseyn Səlami, Əli Xamneinin müşaviri Əli Şəmxani öldürülürüb. Eyni halda da bir sıra rejimin nüvə obyektlərinə və digər hərbi obyektlərinə hücumlar edilib. Bu açıqlamalardan və İsrail dövlətinin Müdafiə Nazirliyinin açıqlamasından deyə bilərik ki, artıq geri dönülməz bir proses başlanılıb”-deyən siyasi şərhçi vurğulayıb ki, İsrail bu rejimin bitirilməsi ilə nəticələnməsi hədəflənən bir savaşa başlayıb.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Sadiq İsabəyli bildirib ki, İsrail dövlətinin əlində İranın müharibəyə başlayacağı ilə bağlı məlumatlar varmış və İsrailə hücum planlaşdırılıbmış, İsrail sadəcə həmin planın qarşısını almış oldu.

Şərhçi qeyd edib ki, bəzi məlumatlara görə, bu hücumlar rejimin təhdidləri aradan qalxana qədər davamlı olacaq.

“Rejimin siyasi və hərbi rəhbərlikləri öldürülürsə, təbii ki, bu hadisə rejimin dağılması ilə nəticələnəcək və bu bölgədə yeni bir şərait yaşanacaq. İrana qarşı hədəflənmiş hücumlara başlamaq İsrail tərəfindən atılmış tarixi bir addım, tarixi bir qərardır. İsrail dövləti tərəfindən verilən bəyanatlara görə, bu əməliyyat bir neçə gün davam edəcək.

Burada bir məsələ çox diqqət çəkdi. Maraqlıdır ki, hədəflər öncədən müəyyənləşdirilib və dəqiq zərbələrlə məhv edilir. Bu da onu göstərir ki, bu bu kimi hədəflər artıq öncədən hazırlanmış hədəflərdir və İsrail bu hədəflərə yönəlik daha çox əməliyyatlar aparacaq”-deyə Sadiq İsabəyli bildirib.

Sadiq İsabəyli Seyyid Əli Hüseyni Xameneinin çıxışına da diqqət çəkib.

“Seyyid Əli Hüseyni Xamenei deyib ki, İsrailə qarşı cavab zərbələri olacaq. Amma rejimin havadan müdafiə sistemləri işləmirsə və onların hərbi rəhbərliyi bu şəkildə dəqiq zərbələrlə aradan götürülürsə, rejimin buna cavab vermə ehtimalı da sual altındadır. İsrail bütün məsələləri artıq götür-qoy edib. İsrailin bu əməliyyata başlamasının İrandakı rejimin dəyişməsi ilə nəticələnməsi daha çox ehtimal olunur. Bu hücumun nəticəsi proseslərin yaxın günlərdə hansı istiqamətə yönəldiyini göstərəcək”-deyən Sadiq İsabəyli hesab edir ki, İranda mövcud olan narazılıqlar, kütləvi qiyamlar və etirazların ortaya çıxmasına da şərait yaratmış olacaq.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
icma.az

1Mənbələr