AZ

Bu baş versə, Azərbaycana valyuta gəlirləri artacaq—AÇIQLAMA

"Bölgədə gərginlik neft bazarına artıq təsir göstərib. Azərbaycan neftinin ayrıca qiyməti müəyyən edilmir, dünya birjalarına bağlıdır və dünya bazarlarında "Azərlight" nefti "Brent" markalı neftə görə tənzimlənir".

Bunu Demokrat.az-a açıqlamasında "REAL" partiyası sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, gecə hücumlardan sonra neft bazarında ciddi təlatüm yaşandı və artıq qiymətlər 12 faiz bahalaşıb:

"Qiymətlər 67-68 dollardan, 74-75 dollara qədər yüksəlib. Əgər bu gərginlik uzun zaman davam etsə, neft qiymətlərinə yüksəliş yönündə təsir göstərə bilər. Bu, Azərbaycana bir növ müsbət təsir göstərir - qiymət nə qədər yüksəkdirsə, Azərbaycana gələn valyuta gəlirləri də bir o qədər artacaq".

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
3
1
demokrat.az

2Mənbələr