AZ

Vüqar Kərəmov Yaponiyada Şuya Kimura ilə döyüşəcək

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Vüqar Kərəmov sabah növbəti döyüşünü keçirəcək.

İdman.biz xəbər verir ki, MMA döyüşçüsu “Rizin Landmark 11” turnirində mübarizə aparacaq.

71 kq çəkidə çıxış edən Kərəmov yaponiyalı Şuya Kimura ilə üz-üzə gələcək. Bu qarşılaşma Yaponiyanın Sapporo şəhərində baş tutacaq. Bu gün döyüş öncəsi çəki mərasimi təşkil olunub.

Qeyd edək ki, Vüqar “Rizin” çərçivəsində keçirdiyi 9 görüşdə 6 qələbə qazanıb. Kimura 5 döyüşün hamısında qalib gəlib.

İdman.biz

Seçilən
7
1
idman.biz

2Mənbələr