2025-ci ilin yanvar-may aylarında Azərbaycanın aqrar məhsullar üzrə ixrac 17,2% artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə isə 5,9% artaraq 115,6 milyon ABŞ dolları təşkil edib.
Finss.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayına əsasən xəbər verir.
Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artaraq 446,7 milyon ABŞ dollarına çatıb.
Bu artım kənd təsərrüfatı və sənayenin inteqrasiyası nəticəsində ixrac imkanlarının genişləndiyini göstərir.
Fuad Mədətov
Finss.az