AZ

Geoloji Kəşfiyyat Agentliyi: Azad olunmuş ərazilərdə 350-yə yaxın filiz təzahürü var

Həkəri çayının yamaclarında atmosfer çöküntülərinin intensiv olduğu dövrdə formalaşan sel sularının ötürülməsi nəzərə alınmalıdır. Xanlıq kəndinin 50%-i, Muğanlı kəndinin 15%-i, Zilanlı kəndinin isə 70%-i subasma təhlükəsi olan ərazi layihiləndirilib. Ətraf ərazidə yayılmış süxurların sukeçiricilik və süzülmə xüsusiyyətlərinin yüksək olması kənd ərazilərində qrunt sularının səviyyəsinin səthə yaxın formalaşmasına səbəb olur.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

İH sədri tikinti işlərinin köhnə kənd ərazisindən kənarda və çay suyunun mütamadi axdığı sahədə aparılması həmin sahələrin müxtəlif ekzogen geoloji proseslərə - çökmə, çökmə-oturma, subasma, sol sularına məruz qalmasına səbəb ola biləcəyini də qeyd edərək bildirib ki, kəndlərin layhələndirilən ərazidə tikintisi zamanı subasma və ekzogen geoloji proseslərlə əlaqədar müvafiq qabaqlayıcı bərkidici tədbirlərin aparılması tövsiyyə olunur.

Həmçinin vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə 350-ə yaxın filiz təzahürü mövcuddur.

Seçilən
30
apa.az

1Mənbələr