AZ

Kəpəz də kapitanlıq etmiş legioner: Yeni müqavilə təklif ediləcəyini gözləyirdim

ain.az, Sportal.az saytına istinadən bildirir.

Başa çatan mövsümdə "Kəpəz"də kapitan sarğısını daşımış Yeqor Xvalko Sportal.az saytına açıqlama verib.

O, Gəncə klubunda qalmamasından bəhs edib: 

"Müqaviləm başa çatıb. Düzü, heç kim mənə yeni müqavilə də təklif etməyib. Hazırda istirahətdir. Əlbəttə ki, "Kəpəz" tərəfindən yeni müqavilə təklif ediləcəyini gözləyirdim. Çünki mən bu klubda 3 il keçirmişəm. Ən əsası, qarşıya qoyulan hədəfə çatmışam, daimi olaraq, əsas heyətdə oynamışam".

Belaruslu müdafiəçi "Kəpəz"in Adil Şükürovu yenidən baş məşqçi postuna qaytarmasını isə bu cür dəyərləndirib:

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

"Fikrimcə, Adil Şükürov "Kəpəz"də əvvəlkindən qat-qat yaxşı nəticə əldə edə biləcək. O, güclü mütəxəssisdir, daha önəmlisi, layiqli insandır. “Kəpəz”dəki məşqçilərlə bəxtim gətirdi, hamısı layiqli insanlardı. Yaxşı, indi bu haqda bilmirəm, komandanın başqa məqsədləri var, görək".

Mirbağırağa

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
sportal.az

2Mənbələr