AZ

10,5 milyon manatlıq dünyanın ən bahalı vizası - Nə vəd edir?

Son vaxtlarda yayımlanan məlumata görə, dünyanın ən bahalı “Qızıl viza”sı nə İngiltərədə, nə Fransada, nə də İtaliyada, əksinə, Aralıq dənizi ada dövləti Maltada təklif olunur. 

Valyuta.az xəbər verir ki, bu proqram çərçivəsində vətəndaşlıq əldə etmək istəyən şəxslər 6,2 milyon ABŞ dolları (təxminən 10,5 milyon) məbləğində vəsait ödəməlidirlər.

Maltanın “Qızıl viza” proqramı nə vəd edir?

Belə ki, “Qızıl viza” proqramı yüksək gəlirli şəxslərə müxtəlif ölkələrdə vətəndaşlıq və ya uzunmüddətli yaşayış icazəsi əldə etmək imkanı yaradır. Bu sxemlər sayəsində həm dövlətlər iqtisadi inkişaf layihələrinə maliyyə cəlb edir, həm də viza sahibləri səhiyyə, təhsil və səyahət kimi sahələrdə yerli vətəndaşların sahib olduğu imtiyazlardan faydalana bilirlər.

Ən diqqətçəkən məqamlardan biri odur ki, bu vizaların sahibləri adətən ölkədə daimi yaşamalı olmurlar, yəni fiziki olaraq həmin ölkədə qalmaq şərt deyil.

Maltanın təqdim etdiyi bu proqram vasitəsilə vətəndaşlıq əldə edən şəxslər təxminən 190 ölkəyə vizasız və ya gəliş zamanı viza ilə səyahət imkanına sahib olurlar. Bundan əlavə, Avropa Birliyi ölkələrinə giriş, dünya səviyyəli universitet və məktəblərə çıxış, eləcə də tam vətəndaşlıq hüquqları bu proqramın əsas üstünlükləri sırasındadır.

Tənqidlər və Avropa İttifaqının mövqeyi

Bəzi beynəlxalq qurumlar bu kimi proqramların olmasından narahatdır, tənqidi yanaşırlar. Səbəbini öyrəndikdən sonra onları haqsız saymaq da olmur. Belə ki, Avropa Komissiyası 2020-ci ildən etibarən bu proqramların təhlükəsizlik riskləri, pul yuyulması riski və vergidən yayınma ehtimalları doğurduğunu bildirərək onların ləğvini tövsiyə etmişdir.

Hətta 2022-ci ildə Komissiya Maltanı bu proqramla bağlı rəsmi xəbərdarlıqla üzləşdirib. Belə ki, Maltanın proqramı ilə Rusiya, Çin və Yaxın Şərqdən olan zəngin şəxslərin bu pasportu əldə etməsi ciddi narahatlıq doğurmuşdu.

Sərvanə Rəmixanova

Seçilən
10
1
valyuta.az

2Mənbələr