AZ

Hərbi eskalasiyaya uyğun planımız var İrəvandan AÇIQLAMA

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İsrailin İrana hücumu onun ərazi bütövlüyünə qəsddir və bu, regiona mənfi təsir göstərəcək". 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu APRI-2025 konfransında “Qeyri-sabit dünyada sabitliyin tapılması” adlı panel müzakirə zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Təhlükəsizlik Şurasının katibi Ermənistanın həmin eskalasiya kontekstində davranışından danışaraq qeyd edib ki, İrəvan bir müddət əvvəl hazırlığa başlayıb və bütün mümkün ssenariləri müzakirə edib: "Biz hərbi eskalasiyanın bütün mümkün ssenarilərini müzakirə etdik, ona uyğun olaraq hazırlıq işləri apardıq və onların çərçivəsində də planlaşdırma apardıq. Ssenarilərə uyğun olaraq, planlaşdırmamız var və buna uyğun hərəkət edəcəyik".

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Onun sözlərinə görə, regionda istənilən eskalasiya qeyri-sabitliyə gətirib çıxarır və bunda müsbət heç nə ola bilməz: "Bu, İranın ərazi bütövlüyünə qəsddir və təbii ki, regiona mənfi təsir göstərəcək. Ümid edirik ki, bu məsələləri mümkün qədər tez sülh yolu ilə həll etmək mümkün olacaq".

Ağarza Elçinoğlu 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
unikal.az

1Mənbələr