AZ

"ABŞ ilə anlaşma əldə edilməsə, hərbi əməliyyatlar davam etməsi gözlənilir"

"ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında ötən həftə baş tutan telefon danışığında əsas müzakirə predmeti İran olub. Məhz verilən açıqlamada İran məsələsi daha müzakirə edildiyi və Rusiyanın da vasitəçiliyi irəli sürüldüyü qeyd olundu". 

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, görünür, Tramp İrana zərbələr endiriləcəyini Putinin diqqətinə çatdırıb:

"Rusiyanın da Ukraynaya kütləvi raket zərbələri endirləcəyinə Trampın səssiz qalması, belə bir razılaşmanın olduğunu göstərir. ABŞ və Rusiya prezidentləri arasında sövdələşmə olaraq tərəflərin bir-birinə güzəştə getməsi, yaxın perspektivdə aydın olacaq. Xüsusilə, ABŞ, Ukraynaya silah yardımını dayandırır. Rusiya isə, İsrail-ABŞ tandeminin İrana hücumuna səssiz qalır.

Qeyd edim ki, İran Ukrayna müharibəsində Rusiyaya silah yardımı edir. Məhz "Şahid' PUA Rusiyanın Ukrayna üzərində kifayət qədər üstünlük əldə etdi. Rusiya da "Şahid" PUA zavodu tikildi. Yəni, İran Ukraynada Qərbə qarşı Rusiya ilə eyni cəbhədə yer alıb. Rusiya isə, ABŞ İrana İsrail vasitəsilə hücumuna razılıq verib. Bununla, Rusiya Ukraynada üstünlük qazanmaq və güzəşt əldə etməyi hədəfləyib.

Göründüyü kimi, İranın arxayın olduğu strateji tərəfdaşı olan Rusiya və Çin onu sahədə tək buraxdı. Çin və ABŞ arasında ticarət sövdələşməsi isə baş tutub. Bu, o deməkdir ki, Çin hərbi müdaxiləyə qarışmayacaq. İran sahədə tək qalıb. ABŞ ilə anlaşma əldə edilməsə, hərbi əməliyyatlar davam etməsi gözlənilir".

Vasif ƏLİHÜSEYN 

 

Seçilən
33
2
redaktor.az

3Mənbələr