AZ

Ən çox bahalanan məhsulların adı açıqlandı


Bu ilin may ayında istehlak qiymətləri ötən ilin may ayına nisbətən 6,3% bahalanıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dövrdə bahalaşma qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,8%, qeyri-qida məhsulları üzrə 2,7%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 7,3% təşkil edib.
Bu ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal ətinin, kolbasa məmulatlarının, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, kivinin, ağ kələmin, brokkolinin, süfrə çuğundurunun, təbii balın, qəhvənin, kakaonun, ucuzlaşma isə yumurtanın, bananın, çiyələyin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
May ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma yay geyimlərinin, sementin, məişət cihazlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, kərpicin və planşet kompüterlərin qiymətlərində müşahidə olunub.  Əhaliyə göstərilən ödənişli xidmətlərdən bahalaşma isə əsasən tibbi xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidə edilib.

Elnur Əli
Seçilən
31
yeniavaz.com

1Mənbələr