AZ

Tramp: İrana çox şans verdim, növbəti hücumlar daha da ağır olacaq

ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumundan sonra növbəti dəfə İrana xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Tramp, İranın indi bir razılaşma əldə etməli və vaxtilə Fars İmperiyası kimi tanınan ölkəni xilas etməli olduğunu bildirib.

"İrana şans ardınca müqavilə bağlamaq şans verdim. Onlara dedim ki, razılaşmalıdırlar, amma nə qədər çalışsalar da, bacara bilmədilər. Buna son qoymağın vaxtı çatıb. Artıq çoxlu ölüm və dağıntılar olub, lakin bu qırğına son qoymaq üçün hələ vaxt var, növbəti planlaşdırılan hücumlar daha da qəddar olacaq".

Bildirək ki, ABŞ və İran nüvə müzakirələri çərçivəsində bazar günü Omanda görüşməli idi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
22
turkustan.az

1Mənbələr