İsrailin endirdiyi zərbədən sonra İran Müdafiə Nazirliyi siçovul ovuna başladığını bildirib.
Publika.az xəbər verir ki, müvafiq açıqlama nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yer alıb.
İranın Müdafiə Nazirliyi siçovul vurulması emojisindən istifadə edərək "Bir neçə siçovul vurmağın vaxtı gəldi" yazıb.
Cümə günü, iyunun 13-də İsrail 200 döyüş təyyarəsi ilə İrana hücum edib və nəticədə üç yüksək rütbəli İran komandiri, o cümlədən Baş Qərargah rəisi Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami həlak olub.