AZ

İsrail öldürülən generalların siyahısını yaydı – Müəmma

İsrailin İrana bu gün həyata keçirdiyi hücum zamanı öldürülən yüksək rütbəli rəsmilərin siyahısı açıqlanıb.

Axar.az xəbər verir ki, “Mouze” Teleqram kanalı siyahını İsrail kəşfiyyatının yaydığını bildirib.

Həlak olan şəxslərin siyahısı:

1. General Məhəmməd Hüseyn Bagiri – İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;

2. Hüseyn Salami – SEPAH komandanı;

3. General Qulam Əli Rəşid – “Xatem əl-Ənbiya” qərargahının komandanı;

4. Məhəmməd Pakpur – SEPAH Quru Qoşunlarının komandanı;

5. Əlirza Təngsiri – SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı;

6. Əhməd Əli Hacızadə – SEPAH Kosmik Qüvvələrinin komandanı;

7. İsmail Qaani – SEPAH Qüds Qüvvələrinin komandanı;

8. Əlirza Süleymani – “Bəsic” qüvvələrinin komandanı;

9. Əmir Musəvi – İran ordusunun komandanı;

10. Əmir Şəhram İranian – İran ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı;

11. Əlirza Fordastan – İran ordusunun Quru Qoşunlarının komandanı;

12. Keyumərs Heydəri – İran ordusunun Quru Qoşunlarının komandanı

13. Nəsirzadə – Hərbi Hava Qüvvələrinin komandanı.

Bildirək ki, siyahıda adları keçən bəzi şəxslərin öldürülməsi İran tərəfindən rəsmən elan olunmayıb.

Siyahıda adı qeyd olunan Məhəmməd Pakpur isə SEPAH-ın yeni komandanı təyin edilib.

Seçilən
17
7
axar.az

8Mənbələr