AZ

Ermənistan XİN İsrailin İrana hücumunu pislədi - FOTO

Ermənistan XİN İsrailin İrana hücumunu pisləyib.
 
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə qurum özünün "X" hesabında paylaşım edib.
 
"İrana birtərəfli hücum çox narahatlıq doğurur. Bu hücumun xüsusilə danışıqların növbəti raundu öncəsi həyata keçirilməsi sülh səylərini, eləcə də regional sabitlik və qlobal sülhü təhlükə altına qoyur", - deyə bəyanatda bildirilib.
 
O da qeyd olunub ki, İrəvan bu addımları pisləyir, hərbi əməliyyatları dərhal dayandırmağa və beynəlxalq hüquqa riayət etməyə çağırır.
 

 

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar.
Seçilən
16
moderator.az

1Mənbələr