Rusiya İsrailin İrana hücumlarını qınayıb.
Modern.az xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"İsrailin BMT-nin qaydalarını və beynəlxalq hüququ pozaraq həyata keçirdiyi hərbi hücumları qınayırıq. BMT-yə üzv dövlətə onun vətəndaşlarına, şəhərlərinə və nüvə təsisatlarına səbəbsiz hərbi hücumlar qəbul edilə bilməz. Beynəlxalq ictimaiyyət sülhü aradan qaldıran, regional və beynəlxalq təhlükəsizliyə ziyan vuran belə vəhşi əməllərə laqeyd yanaşa bilməz",-bəyanatda deyilir.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail İrana hava hücumları edib. Hücumlar nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, SEPAH komandanı Hüseyn Səlami də öldürülüb.