AZ

Jirinovskinin İran müharibəsi “kəhanəti”: Ən dəhşətlisi...

13 iyun səhər tezdən İsrail ordusunun İranın nüvə və hərbi bazalarına zərbələr endirməsi fonunda Rusiya Liberal Ddemokrat Partiyasının keçmiş lideri, 2022-ci ildə ölən Vladimir Jirinovskinin 2024-cü il üçün proqnozu yenidən günədəmə gəlib.

Axar.az xəbər verir ki, Jirinovski İranda müharibə olacağını bildirmişdi.

“Hər kəs Ukraynanın nə olduğunu unudacaq, çünki İran KXDR, Vyetnam və ya Kosova deyil. Ən dəhşətli hadisələr burada baş verəcək”.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

Zərbələrin davam edəcəyi bildirilir.

Seçilən
4
1
axar.az

2Mənbələr