İsrail Müdafiə Qüvvələri (IDF) İranın Natanzdakı uranın zənginləşdirilməsi zavoduna yenidən hücum edib.
"Avatoday" bu barədə məlumat yayıb.
Nəşr X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb: “İsrail Müdafiə Qüvvələri (IDF) növbəti dəfə İsfahan əyalətinin Natanz şəhərində uranın zənginləşdirilməsi obyektinə zərbələr endirib".
İran hava məkanının bağlı olduğu bir vaxtda İsrailin kütləvi hücumlarının yeni dalğasının baş verdiyi bildirilir.