Bakı. Trend:
İsrailin Gürcüstandakı səfirliyi son hadisələrlə əlaqədarfəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Trend xəbərverir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında məlumatverilib.
Bildirilib ki, səfirlik tam bağlanıb və bütün konsulluqxidmətləri dayandırılıb.
“Son hadisələrlə əlaqədar səfirlik bağlanıb və konsulluqxidmətləri mövcud olmayacaq. Yeniliklər üçün səfirliyin internetsaytına daxil olun”, – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.