Rövlanın bu ayrılıq, eləcə də “Qəbələ”yə dönüş ehtimalı ilə bağlı fikrini soruşduq. 27 yaşlı yarımmüdafiəçinin açıqlaması:
“İki mövsüm unudulmaz anlarla dolu oldu. Mənim üçün həqiqətən də çox xoş oldu. Təkliflər var, bəli. Amma hazırda dəqiq bir şey deyə bilmərəm. “Qəbələ” ilə bağlı nəsə deyə bilməyəcəm”.
“Qəbələ”nin yetirməsi bu mövsüm “kimyaçılar”ın heyətində çıxdığı 26 oyunda bir qol, dörd məhsuldar ötürmə ilə yadda qalıb.MÜZƏFFƏR QULUZADƏ