Bakı. Trend:
Yaxın zamanlarda Çində Azərbaycanın rəsmi Turizmnümayəndəliyinin açılışı planlaşdırılır.
Trend xəbərverir ki, bu sözləri Şahdağ Turizm Mərkəzində yay mövsümününaçılışı ilə bağlı keçirilən press-konfransda Dövlət TurizmAgentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.
"Hazırda Rusiya və İsraildə Azərbaycanın Turizm nümayəndəliyifəaliyyət göstərir. Yaxın zamanlarda Çində və TürkiyədəAzərbaycanın Turizm nümayəndəliyinin açılışı gözlənilir", - deyə,o, bildirib.