AZ

Pezeşkian: Düşmən etdikləri əməldən peşman olacaq

İran İslam Respublikası Silahlı Qüvvələri İran ərazisinə hücuma elə cavab verəcək ki, düşmən etdikləri əməldən peşman olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian xalqa müraciətində deyib.

"İran xalqı və ölkə hakimiyyəti bu cinayət qarşısında səssiz qalmayacaq və İslam Respublikasının qanuni, qüdrətli cavabı düşməni öz axmaq hərəkətlərinə görə peşman edəcək", - prezident vurğulayıb.

Seçilən
14
operativmm.az

1Mənbələr