AZ

“Xəmsə” nəticəyə baxıb qərar verəcək” - Adil Şükürovun gəlişinə Gəncədən reaksiya

“Kəpəz” yenidən Adil Şükürovla anlaşıb.

Klubun növbəti dəfə eyni mütəxəssisə güvənməsini azarkeş dairələri birmənalı qarşılamayıb. Bəzi azarkeşlər belə düşünür ki, mütəxəssis vaxtilə maliyyə baxımından çətin durumda olan komandadan ayrılanda tam həcmdə kompensasiya tələb etməklə yaxşı davranmayıb.

“Football-plus.az” bu məqamla bağlı “Xəmsə”nin rəhbərlərindən Müşviq Məmmədovun fikrini öyrənib:
“Biz Azər Bağırovun qalacağını gözləyirdik, olmadı. Bu da rəhbərlikdən bir qədər də məsuliyyətli olmağı tələb edəcək. Azər Bağırova öz növbəmizdə son mövsüm üçün təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Adil Şükürovu da tanıyırıq, komandanı liqada saxlayıb, uğurlu olmasını gözləyirik. “Xəmsə” nəticəyə baxıb qərar verəcək. Konpensasiya məsələsinə qarışmaq bizə aid məsələ deyil, öncə də qarışmamışdıq”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
11
1
football-plus.az

2Mənbələr